Ölən uşağın ailəsi bağışlamadı - 5 il həbs cəzası verildi

Ötən ilin iyul ayında Abşeron rayonunda “Toyota Prius” markalı avtomobillə 10 yaşlı velosipedçini vurub öldürən sürücü İlqar İmanova hökm oxunub. 

Gununsesi.info -nun verdiyi xəbərə görə , Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ.İmanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

Bildirilib ki, iyulun 22-sində İlqar İmanovun idarə etdiyi “Toyota Prius” markalı 99-KY-264 dövlət qeydiyyat nişanlı avtomobil velosipedlə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Kənan Novruzovu vurub.

Gununsesi.info