Avropa Məhkəməsinə şikayətlər hansı dildə yazılmalıdır? - AÇIQLAMA

Avropa Məhkəməsinə üz tutmaq istəyən vətəndaşlar öz şikayətlərini hansı dildə olmasına dair tez-tez suallar səsləndirir.

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayan vəkil Fariz Namazlı bu barədə Gununsesi.info-ya açıqlama verib.

HTML tutorial

“Məlumdur ki, Avropa Məhkəməsinə şikayət istənilən üzv dövlətin dilində göndərilə bilər, lakin şikayət üzrə kommunikasiya başladıqda, bu halda yazışma mütləq şəkildə Məhkəmənin rəsmi dillərindən birində – ingilis və ya fransız dilində aparılmalıdır. İstisna hallarda Palata sədri yazışmanın Üzv dövlətin dilində aparılmasına icazə verə bilər. Əgər Ərizəçi öz qeydlərini rəsmi dillərdən birində təqdim etməzsə nə baş verə bilər?

23 mart tarixində Məhkəmə Sloveniyaya qarşı bir işə baxıb. Ərizəçi Miran Plut 2021-ci ildə Məhkəməyə müraciət edərək Konstitusiya Məhkəməsində prosesin uzadılmasının Konvensiyanın 6.1-ci maddəsinə zidd olduğunu bildirib. Məhkəmə iş üzrə kommunikasiya başladıqdan sonra Hökümətin şərhlərini Ərizəçiyə göndərib. Ərizəçi öz qeydlərini Sloveniya dilində Məhkəməyə göndərib. Məhkəmə də öz növbəsində həmin şərhlərin Məhkəmənin rəsmi dillərindən birində göndərilməsini təklif edib. Məhkəmə eyni zamanda göstərib ki, əgər Ərizəçi bunu etməzsə, o zaman Məhkəmə Ərizəçinin işdə marağının olmaması əsası ilə işi siyahıdan çıxara bilər. Ərizəçi məhkəmənin məktubuna cavab vermədiyindən Məhkəmə konvensiyanın 37 § 1 (а) maddəsinə əsasən işi siyahıdan çıxarıb”.

Günel
Gununsesi.info