
Yanvarın 17-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Telefon danışığının detalları barədə hələlik açıqlama yoxdur.
“Biz yeni ABŞ hökuməti ilə dialoq və kommunikasiyanı gücləndirmək, fikir ayrılıqlarını düzgün həll etmək, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, Çin-ABŞ münasibətlərini sabit, sağlam və davamlı saxlamaq, iki ölkənin bir-biri ilə anlaşmasına imkan verən düzgün yol tapmaq üçün işləməyə hazırıq”, – deyə Çin XİN-in açıqlamasında qeyd olunur.