
Regiondankənar qüvvələrin regionda mövcudluğu sabitliyi poza bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Bizim ali liderimiz (Seyid Əli Xamenei – red.) və mən hesab edirik ki, regional problemlərimiz yalnız region ölkələri arasında razılaşmalar yolu ilə həll edilməlidir”, – İran prezidenti açıqlayıb.
O, Rusiya ilə ikitərəfli münasibətlərin strateji əhəmiyyət və hərtərəfli xarakter daşıdığını vurğulayıb. İran tərəfi sıx dialoqu davam etdirmək niyyətindədir.