Biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti dəfə balıq körpələri Kür çayına buraxılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Gununsesi.info- ya bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, yerli ekologiya idarələrinin əməkdaşlarının və rayon ictimaiyyətinin iştirakı ilə 10 min ədəd çəkikimi balıq körpəsi Tovuz rayonu ərazisindən Kür çayının mənsəbinə buraxılıb.