
Vəzifəsini ABŞ-a təhvil verməyə hazırlaşan prezident Co Baydenin Çin sosial şəbəkə tətbiqi TikTok-u qadağan etmə qərarını həyata keçirməyəcəyi iddia edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, TikTok-a Çin ByteDance ilə əlaqələrini bitirmək üçün 19 Yanvara qədər vaxt verən Co Bayden rəhbərliyinin əks halda şirkətin ölkədə qadağan edilərək istifadəçilərə bağlanacağı iddia edilib.
Bir çox KİV Baydenin TikTok-a qadağa qoymayacağını və bu qərarı yeni seçilmiş prezident Donald Trampın ixtiyarına verəcəyini bildirib .
Digər tərəfdən, bu iddialarla bağlı Ağ Evdən heç bir cavab verilməyib.
Qeyd edək ki, 2024-cü ildə ABŞ rəhbərliyi ölkədəki istifadəçilərin məlumatlarını Çin hökumətinə əlçatan etməkdə günahlandırdığı TikTok-un ya Amerika şirkətinə satılmasını, ya da bu çərçivədə qanun layihəsinin qəbul edilməsini nəzərdə tutan bir addım atdı Mart ayında Konqres aprel ayında Senat tərəfindən qəbul edilmiş və ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmışdır.
Bayden administrasiyası TikTok-a 2025-ci il yanvarın 19-na qədər vaxt verdi ki, Çin ByteDance ilə əlaqələri dayandırsın, əks halda şirkət ABŞ-da qadağan ediləcək və istifadəçilər tərəfindən girişi bloklanacaq.
Orxan Saffari