Mark Libbi Azərbaycanı tərk etdi

  • By admin
  • 17 Yanvar 2025 20:07

ABŞ-ın Azərbaycandakı səfiri postundan istefa verən Mark Libbi bugün ölkəmizi tərk edib.

Gununsesi.info xəbər verir ki, o, bugün səfirlik əməkdaşları ilə vida görüşü keçirərək, səfirlikdən ayrılıb.

Vida görüşü ilə bağlı ABŞ səfirliyi sosial şəbəkədə paylaşım edib.

Həmin paylaşımda deyilir:

ABŞ səfirliyində səfir Libby ilə vidalaşdığımız unudulmaz axşam! Onun  ABŞ və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, həmçinin Azərbaycanda yeni əlaqələrin qurulmasına olan səmimi və fədakar yanaşması həqiqətən ilhamvericidir. Səfirin yeni tərəfdaşlıq əlaqələrinin yaradılmasından gələcək əməkdaşlıq imkanlarının açılmasına qədər verdiyi töhfələr gələcək illərdə də əhəmiyyətini saxlayacaq.
Təqaüdə çıxan səfir Libbiyə uğurlar arzulayır və bu əlamətdar anı bizimlə bölüşməyinizi diləyirik!

 

Qeyd edək ki, Səfir Libbi səhhətində yaranmış problemə görə istefa verib.

Günay

Gununsesi.info