Ramil Şeydayevin komandası TFF tərəfindən cəzalandırılıb

  • By ilhame
  • 10 Aprel 2024 22:59

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) cəzalandırılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İntizam Komitəsi məlumat yayıb.

 

Klubun cəzalanmasına səbəb “Göztepe” ilə matçda azarkeşlərin davranışları olub. 1-ci liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin klub 112 min TL (5,896.43 manat) məbləğində cərimələnib.

 

Qeyd edək ki, “Kocaelispor” 29 turdan sonra 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Gununsesi.info