
“Crocus Citi Hall”da törədilən terror aktı qurbanlarının sayı artıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.
Onun sözlərinə görə, ölənlərin sayı 139-a çatıb.
Bastrıkin qeyd edib ki, artıq 75 nəfərin kimliyini müəyyən etmək mümkün olub. Baş nazirin müavini Tatyana Qolikova isə 5-i uşaq olmaqla 93 nəfər xəstəxanada müalicə aldığını açıqlayıb.
Gununsesi.info