Nigar Arpadarai Bəxtiyar Hacıyevlə bağlı sualdan belə yayındı

  • By admin
  • 21 Dekabr 2022 13:08

Sonuncu parlament seçkilərində siyasi fəal Bəxtiyar Hacıyevin rəqibi olan Nigar Arpadarai onun həbsi ilə bağlı sualdan yayınıb.

Qeyd edək ki,  Nigar Arpadarai parlament seçkilərində ona məğlub olsa da  MSK mandatı Hacıyevə deyil, ona verib.

HTML tutorial

Bəs görəsən, Nigar Arpadarai keçmiş rəqibinin həbsini necə qarşılayır? 

Gununsesi.info-nun əməkdaşı telefonla a deputatdan bu suala aydınlıq gətirməsini istəyib:

Nigar xanımla əməkdaşımızın söhbətini olduğu kimi təqdim edirik:

Salam, Nigar xanım! Necəsiniz?

– -Salam. Çox sağolun Təşəkkür edirəm.

Sizi “Günün Səsi” xəbər saytından narahat edirik, bir sualımız var.

-Buyurun, eşidirəm!

Bəxtiyar Hacıyevin həbsini necə qarşıladınız?

-Alo-alo…Sizi eşitmirəm…

Sonuncu sözlrindən sonra telefonun dəstəyini asan xanım deputat növbəti zənglərimizi cavabsız qoydu .

 

Mətləb Yaqublu

Gununsesi.info