
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda bədbəxt hadisə baş verib.
Gununsesi.info “Nuhçıxan”a isitnadən xəbər verir ki, rayonun Külüs kəndində qadın körpüdən yıxılaraq ölüb.
Hadisə aprelin 7-si axşam saatlarında qeydə alınıb. Belə ki, kənd sakini, 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Onun meyiti dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb.
Faktla bağlı araşdırma aparılır.