
Azərbaycan Dəmir Yolları Yevlaxdakı (Yuxarı Qarxun kəndi) dəmir yolu keçidini bağlayıb.
Vətəndaşların Gununsesi.info-nun Watsapp nömrəsinə göndərdiyi məlumata görə, heç bir xəbərdarlıq edilmədən bir saatdan artıq ki, Yevlax -Xaldan-Mingəçevir yolu avtomobillərin keçidi üçün bağlanıb.
” İşə,dərsə,həkimə tələsənlər çarəsiz qalıb. Heç bir qəza da baş verməyib. Guya keçiddə təmir aparılır.Gorəsən, Azərbaycan Dəmiryollarının rəhbərliyi insanların hüquqlarını niyə kobud şəkildə pozur?” deyə vətəndaşlar yazır.
Mina Musayeva