
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.
Gununsesi.info xəbər verir ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb.
Nəticədə qurumun 4 aprel 2024-cü il tarixli əmri ilə kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Gununsesi.info