
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında “Neftçi”nin baş məşqçisi Samir Abasov cəzalandırılıb.
Gununsesi.info xəbər verir ki, buna çalışdırıcının Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la oyunda azarkeşləri təhqir etməsi səbəb olub.
Komitə bu davranışına görə, Abasovu 3-ü şərti olmaqla, 5 oyunluq diskvalifikasiya edib. Həmçinin klub 4000 manat cəriməyə məruz qalıb. Baş məşqçiyə 3 aylıq sınaq müddəti verilib.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu ağdamlıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Gununsesi.info