Aİ-nin Qərbi Balkanlara qarşı qoyduğu şərtlər daha sərtdir - Stoyanov

Qərbi Balkanlar hər zaman Avropanın bir üvzü olub, həmçinin Avropa İttifaqına (Aİ) da üzv olmalıdır. Suallar meydana çıxır, Aİ-nin Qərbi Balkanlara qoyduğu şərtlər digər dövlətlərə qarşı qoyulan şərtlərlə müqayisədə daha sərt deyilmi?

Gununsesi.info xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda “Qərbi Balkanların qiymətləndirilməsi: İrəli yol” mövzusunda paneldə çıxış edən Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov deyib.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı bir çox çətinliklərlə üzləşdi, iqtisadi böhranlar, pandemiya və s. Bu da öz növbəsində ölkələrin, eləcə də Qərbi Balkanların Avropa İttifaqına inteqrasiyasını çətinləşdirir: “Lakin Sloveniyada Qərbi Balkan ölkələrinin liderləri ilə Avropa İttifaqı üzvləri arasında görüş keçirildi və orada Qərbi Balkanlara bir sıra vədlər verildi”.

Gununsesi.info