Hindistanda saxta içki 24 nəfəri öldürdü

Hindistanda son iki gündə azı 24 nəfər saxta spirtlidən dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, insident Bihar ştatının spirtli içkilərin satışının rəsmi qadağan olunduğu iki rayonunda baş verib.

Qərbi Çamparan rayonunda 8, Qopalganc rayonunda isə 6 nəfər ölüb.

Bu gün saxta spirtli içki qurbanlarının sayı Qopalganjda 11-ə, Qərbi Çamparanda isə 13-ə çatıb.

Polis hadisənin səbəblərini araşdırır.

Gununsesi.info