TikTok-a görə dünyanın ən tanınmış 10 sahil yeri

  • By arzu
  • 28 Dekabr 2022 15:27

TikTok sosial platforması dünyanın ən tanınmış 10 sahil yerini açıqlayıb.

Gununsesi.info “CNBC”yə istinadən xəbər verir ki, sosial şəbəkə dünyanın ən gözəl çimərliklərindən bəzilərini də daxil olmaqla, insanların restoran təəssürafları və yolçuluq üçün baş vurduqları ilk yerlərdən biri halına gəldi.

HTML tutorial

Birləşmiş Krallıqdakı lüks tətil şirkəti “Destination 2” tərəfindən yaxın zamanda edilən bir araşdırma “hash tag”larını işlədərək TikTok-dakı ən tanınmış çimərlikləri bir araya gətirdi. İzlənilmə saylarına görə sıraladı.  TikTok-da ən tanınmış 1 nömrəli çimərlik “Bondi Beach”, Avstraliyadadır. TikTok-da görüntülənməsi 445 milyondan çoxdur. Avstraliya çimərliyi ikinci sırada yerləşən plyaj olaraq 3 dəfədən artıq baxış sayı ilə siyahının başında yer aldı. Bondi Beach sörfinq səhnəsi ilə tanınır və dünyanın ən simvolik yerləriindən biridir.

 

“TikTok”dakı 10 ən tanınmış çimərlik:

Bondi, Avstraliya (445 miln. baxış)

Pattaya Plyajı, Tailand (128,5 milyon baxış)

Nha Tranq, Vyetnam (64,6 milyon baxış)

Vũnq Tàu, Vyetnam (62 milyon baxış)

Waikiki, Amerika (44 milyon baxış)

JBR Sahili, Dubay (30,3 milyon görüntüleme)

Kelinqkinq Plajı, İndoneziya (30 milyon baxış)

Santa Monika, ABD (29 milyon baxış)
Airlie Beach, Avstraliya (27 milyon baxış)

Whitehave, Avstraliya (23,5 milyon baxış)

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info