
Dünyada məşhur olan bir sənətçilər müxtəlif xəstəliklərlə mübarizə aparırlar.
Bəziləri xəstəliklərini gizli saxlasa da, bəziləri maarifləndirmək üçün ictimaiyyətlə paylaşır.
Bəs, hansı məşhur ad hansı xəstəliklə mübarizə aparır?
Gununsesi.info xəbər verir ki, Türkiyənin “Cumhuriyet” qəzeti bunu araşdırıb.
Məşhur müğənni və aktrisa Selena Qomez uzun müddətdir ki, lupus ilə mübarizə aparır. Lupus, otoimmün xəstəlik, bədənin immunitet sisteminin öz toxuma və orqanlarına hücum etməsinə səbəb olur.
Dünyaca məşhur model Bella Hadid Laym xəstəliyi ilə mübarizə aparır.
Lyme, Borrelia bakteriyasının səbəb olduğu immunitet sisteminə təsir edən bir xəstəlikdir.
‘Chandelier’, ‘Elastic Heart’, ‘Unstoppable’ kimi mahnıları ilə yadda qalan məşhur müğənni Sia Ehlers-Danlos sindromu ilə mübarizə aparır. İrsi birləşdirici toxuma xəstəliyi olaraq təyin olunan Ehlers-Danlos sindromu (EDS) dəri, oynaqlar və qan damarlarını təsir edən bir xəstəlikdir.
Müğənni Ledi Qaqa konsertini ləğv etdikdən sonra yumşaq toxuma revmatizmi olaraq təyin olunan fibromiyalji xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
Qalmaqalları ilə gündəmdə olan məşhur reper Kanye Uest bipolyar pozğunluqla mübarizə aparır. Bipolyar pozğunluq və ya manik-depressiv xəstəlik insanın əhval-ruhiyyəsinin, enerjisinin və sosial fəaliyyəti tamamlamaq qabiliyyətinin pisləşməsinə səbəb olan psixoloji xəstəlikdir.
Kanadalı müğənni Castin Biber sosial media hesabında paylaşdığı video ilə Ramsay Hunt sindromu olduğunu açıqlayıb. Biber üzünün sağ hissəsinin iflic olduğunu, ona görə də konsertlərini təxirə salmalı olduğunu bildirib.
Kanye Uestin keçmiş həyat yoldaşı, erməni əsilli Kim Kardaşyan psoriaz və psoriatik artritlə mübarizə apardığını açıqlayıb.
Tərcümə:
Günay Təhməzova
Gununsesi.info