Uşaqlara vaksin vurulması tövsiyə edilmir

“Uşaqlara COVID-19 peyvəndinin vurulması vaksin şirkətləri tərəfindən tövsiyə edilmir. Lakin bəzi ölkələrdə uşaqlara peyvənd vurulur”.

Gununsesi.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, bu barədə Azərbaycanda hələlik bir qərar yoxdur: “Beynəlxalq təşkilatlar tərəfindən bu məsələ ilə bağlı hər hansı qərar olarsa, bizdə də bu tətbiq olunacaq”.