NASA astronavtından tarixi rekord: Frank Rubio Yerə qayıtdı – FOTO

  • By resul
  • 28 Sentyabr 2023 10:15

ABŞ astronavtı Frank Rubio və iki rusiyalı kosmonavt Qazaxıstana enib. 

Gununsesi.info xəbər verir ki, amerikalı astronavt Frank Rubio və iki rus kosmonavtı Beynəlxalq Kosmik Stansiyada (BKS) bir ildən çox qaldıqdan sonra ən uzun fasiləsiz kosmosa uçuş rekordunu qıraraq Qazaxıstan çöllərinə enib.

“Soyuz MS-23” kapsulları Beynəlxalq Kosmik Stansiyadan (BKS) vaxtından bir dəqiqə əvvəl yola düşüb. Komandanın Yerə enməsi təxminən üç saat yarım çəkib. Rubio və komanda yoldaşları Jezqazğan şəhərinin cənub-şərqinə enib.

71 günlük kosmos missiyasında olan Rubio tarixi rekord qırıb. 21 sentyabr 2022-ci ildə kosmosa çıxan Rubio kosmosda 1 ildən çox qalan ilk amerikalı astronavt olub.

Rubio və onunla birlikdə iki rus kosmonavtı 6 aylıq bir missiya üçün Rusiyanın Soyuz kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya gedib.

Lakin “Soyuz MS-22” gəmisində nasazlıq aşkar edildikdən sonra kapsul ekipajsız yerə qayıdıb və NASA Rusiya və ABŞ ekipajının yerə qayıtması üçün yeni kosmik gəminin göndəriləcəyini açıqlayıb. Yeni kosmik gəminin göndərilməsi prosesində Rubio öz ölkəsində rekord qırıb.

Digər tərəfdən Rubio kosmosda ən uzun müddət qalan amerikalı astronavt olsa da, dünya rekordu 437 günlə rus kosmonavtı Valeri Polyakova məxsusdur.

Polyakov 1994-cü ilin yanvarından 1995-ci ilin martına qədər kosmosda 437 gün qalaraq dünya rekordu qırıb.

<p>Polyakov, Ocak 1994-Mart 1995 döneminde 437 gün uzayda kalıp, dünya rekorunu elde etmişti.</p>

<p> </p>

Səid Əhmədli
Gununsesi.info