
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi xüsusi əməliyyat nəticəsində İraqın şimalında terror təşkilatı PKK/KCK üzvü, “Berhvedan Ciyager” kod adı ilə tanınan Məzlum Öztürk zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, PKK terrorçusu Süleymaniyyə şəhəri yaxınlığındakı kənd ərazisində zərərsizləşdirilib.
Məlumata görə, Öztürk qruplaşmaya Avropa ölkələrindən birində olarkən qoşulub.
Məzlum Öztürkün 2022-ci ilin avqustunda Türkiyədən Avropaya köçdüyü müəyyən edilib. O, Avropa Demokratik Kürdüstan Cəmiyyəti Konqresi (KCDK-E) adlı qrupun bir çox aksiyasında iştirak edib.
O da məlum olub ki, terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı təxribat törətmək məqsədi ilə xüsusi təlim keçib.
Səid Əhmədli
Gununsesi.info