
Misirin Türkiyədəki səfiri Əmir Hamami Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ankaradakı görüş zamanı Misir rəsmisi Prezident Ərdoğana ölkəsinin adından etimad məktubunu təqdim edib.
Hamami ilə yanaşı, digər səfirlər də Prezident Ərdoğana etimad məktubunu təqdim ediblər.
Səfirlər Ərdoğanla bilrikdə xatirə fotosu çəkdiriblər.
Xatırladaq ki, 2013-cü ildə iki ölkə arasında pozulan münasibətlər 2022-ci ildə Qətərdəki 2022-ci il FİFA üzrə Dünya Kubokunda Ərdoğanla Misirin dövlət başçısı Sisi arasında gerçəkləşdirilən görüş zamanı normallaşmağa başlamışdı.
Qarşılıqlı səfirlər təyin edilmiş və Ərdoğanın yenidən Prezident seçilməsindən sonra Sisi Türkiyə liderinə zəng edərək telefonla onu təbrik etmişdi.
Qeyd edək ki, iki ölkənin lideri arasında son görüş Hindistanda “G-20” toplantısı çərçivəsində gerçəkləşmişdi.
Tərcümə: Arzu