Suriya ABŞ-dan təzminat tələb edir

Suriya beynəlxalq ictimaiyyətə müraciət edərək onun təbii sərvətlərinin ABŞ və digər terror qrupları tərəfindən talan edilməsinə son qoyulmasını istəyir.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi müraciətdə deyilir.

“Dəməşq ABŞ-ın Suriya ərazisində qeyri-qanuni hərbi mövcudluğuna son qoyulmasını, Amerika administrasiyasının neft və qaz sektoruna dəymiş ziyana görə cavabdeh olmasını və oğurlanmış neft ehtiyatlarına görə təzminat ödəməyi öhdəsinə götürməsini tələb edir.

Suriya iqtisadi və humanitar vəziyyətin pisləşməsinə görə ABŞ və onun müttəfiqlərini məsuliyyət daşıyır. Təbii sərvətlərin talanması Suriya vətəndaşlarının əziyyət çəkdiyi qeyri-qanuni birtərəfli sanksiyaların nəticələrini daha da ağırlaşdırır”.

Qeyd edək ki, 2015-ci ildən ABŞ ölkənin şimal-şərqində Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinin nəzarətində olan doqquz hərbi baza yaradıb.

Onlardan dördü Deyr əz-Zordakı neft və qaz yataqlarının yaxınlığında, beşi isə qonşu Həsəkə əyalətində yerləşir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info