Peru Prezidenti həbs edilə bilər – Prokurorluqda ifadə verdi

  • By arzu
  • 28 Sentyabr 2023 09:43

Peru Prezidenti Dina Boluarte Prokurorluqda ifadə verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, haqqında təhqiqat başladılan 77 yaşındakı Prezident Dina Boluarte ikinci dəfə hüquq təmsilçiləri qarşısında dindirilib.

77 nəfərin həyatını itirdiyi hökumət əleyhinə qeyri-nisbi güc işlətməkdə rolunun olması səbəbi ilə Milli Prokurorluğa çağrılan Boluarte təhlükəsizlik tədbirləri altında 1,5 saat boyunca ona yönəldilən sualları cavablandırıb.

Prezidentin vəkili Cosep Kampos jurnalistlərə açıqlamasında araşdırmanın bitirilməsinin gərəkli olduğunu bildirib.

Kampos Prezidentin bu mövzuda hüquqi məsuliyyətinin sorğulanmasının “cəfəngiyyat” olduğunu dilə gətirib.

Kampos hökumət əleyhinə olan etirazların yatırılmasının məqsədinin təməl hüquqlara hörmət qoyulması və ictimai nizamın təmin edilməsi üçün olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən ilin 31 mayında Peruda hökumət əleyhinə etirazlar keçirilmişdi.

Olaylar zamanı təhlükəsizlik işçiləri nümayişçilərə müdaxilə etmiş və 77 adam dünyasını dəyişmişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info