Nəzakət Məmmədova həbs edildi

  • By ilhame
  • 20 Oktyabr 2023 19:41

Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.

Gununsesi.info-nun məlumatına görə, o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info