
İsrail qüvvələrinin hər an HƏMAS-ın idarə etdiyi əraziyə daxil ola biləcəklərinə dair xəbərdarlıqlar fonunda, İsrail gecə boyu Qəzza zolağına havadan zərbələr endirməyə davam edib.
Gununsesi.info xəbər verir ki, İsrail Müdafiə Qüvvələri əvvəl Twitter kimi tanınan X-də yazıb ki, “Gecə boyu döyüş təyyarələri terror təşkilatlarının Qəzza zolağında yüzdən çox əməliyyat hədəfləri, tunel şaxtaları, sursat anbarları və onlarla əməliyyat qərargahına hücum edib.”
Bu arada isə İsrail şimalda Kiryat Şmona şəhərini evakuasiya etməyi planlaşdırır. Rəsmilər cümə günü deyib ki, şəhərin sakinləri dövlət tərəfindən maliyyələşdirilən qonaq evlərinə yerləşdiriləcək. Bu şəhər İsrailin Livanla sərhədi yaxınlığında yerləşir və fələstinli militant qruplar tərəfindən bir sıra raket hücumlarına məruz qalıb.
Münaqişə böyüməyə davam etdiyi bir vaxtda, Britaniyanın baş naziri Rişi Sunak cümə günü Misirə səfər edir. Bu, onun Yaxın Şərq səfərinin sonuncu dayanacağıdır. Sunak bundan önə İsrail liderləri və Səudiyyə Ərəbistanının şəhzadə vəliəhdi Məhəmməd bin Salmanla da görüşüb.
Sunakdan öncə ABŞ Prezidenti Co Bayden də Qərbin HƏMAS militantlarına qarşı müharibəyə dəstəyini nümayiş etdirmək üçün İsrailə səfər edib.
“Siz ağlasığmaz, dəhşətli terror aktına məruz qaldınız və bilmənizi istəyirəm ki, Böyük Britaniya və mən sizinləyik,” Sunak deyib. Daha sonra o, Baş nazir Benyamin Netanyahuya “Biz sizin xalqınızn yanındayıq. Biz həm də sizin qalib gəlməyinizi istəyirik” deyib.
Cümə axşam İsrailin müdafiə naziri Yoav Qallnar ölkənin yüz minlərlə quru qoşunu üzvünə Qəzza zolağına hərbi müdaxilə etməyə hazır olmalarını söyləyib.
Qalant Qəzza ilə sərhədə yerləşdirilən piyada əsgərlərlə görüşüb və onlara “mütəşəkkil olun, hazır olun” deyib, amma hərbi müdaxilə əmrinin nə zaman gələcəyini deməyib.
“İndi Qəzzanı uzaqdan görürsüzsə, tezliklə içəridən də görəcəksiz,” o deyib. “Mən söz verirəm.”
İsrail HƏMAS-ın oktyabrın 7-də əksəriyyəti mülki şəxslər olmaqla 1400 nəfərin ölümünə səbəb olan hücumuna cavab olaraq sərhəd boyunca 300 mindən çox əsgər yerləşdirib.
İsrail Qəzza zolağına hava zərbələri endirir və ərazini tam mühasirəyə alıb, hətta qida, yanacaq və dərman tədarükünü də qadağan edib. Fələstinli rəsmilərin məlumatına görə, oktyabrın 7-dən indiyədək 1500-dən çoxu uşaq olmaqla 3785 fələstinli öldürülüb.
İsrail artıq mülki əhalini Qəzza zolağının şimalını təxliyyə etməyə çağırıb. Lakin bir çoxları evlərini tərk etsələr də, bəziləri daha cənubda İsrailin hava hücumlarına məruz qalacaqları təqdirdə hər şeyi itirəcəklərindən qorxduqlarını bildirərək evlərində qalıblar.
Gununsesi.info