Qarabağ” qələbəni son dəqiqədə əldən verdi

  • By ilhame
  • 20 Oktyabr 2023 21:05

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Gununsesi.info xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” son çempion “Qarabağ”ı qəbul edib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib – 2:2.

Günün son oyununda “Neftçi” “Səbail”in qonağı olacaq. Bu qarşılaşma isə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, turun digər oyunları 21 və 22 oktyabr tarixlərində keçiriləcək.

20 oktyabr (cümə)

18:30. “Turan Tovuz” – “Qarabağ” – 2:2 

Qollar: Juninyo, 7 (0:1), Oto Con, 46 (1:1), Leandro Andrade, 90 (1:2), Ayxan Hüseynov, 90+4 (2:2)

Gununsesi.info