İtaliyanın Baş naziri sevgilisindən ayrıldığını açıqladı

  • By ilhame
  • 20 Oktyabr 2023 21:15

İtaliyanın Baş naziri Corciya Meloni  sevgilisi Andrea Cambrunodan ayrıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Baş nazir bu barədə sosial media hesabında paylaşım edib.

“Andrea Cambruno ilə 10 ilə yaxındır davam edən münasibətim burada bitir. Birlikdə keçirdiyimiz gözəl illərə, çətinliklərə və mənə həyatımdakı ən vacib şey olan qızımız Ginevranı hədiyyə etdiyinə görə ona təşəkkür edirəm”, – deyə İtaliyanın Baş naziri bildirib.

Meloni ayrılmaq qərarına televiziya aparıcısı olan sevgilisi Cambrunonun qadın həmkarlarına ünvanladığı bəzi cinsiyyətçi ifadələrin video və audio yazılarının mətbuatda dərc olunmasından sonra verib.

Həmçinin, Cambrunonun qadın həmkarlarına ünvanladığı nalayiq və jarqon sözlər ictimaiyyətin reaksiyasına səbəb olub.

Qeyd edək ki, ayrılan cütlüyün 7 yaşlı qızları var.

Gununsesi.info