Polis zabitinin oğlu intihar etdi

  • By ilhame
  • 20 Oktyabr 2023 20:54

Göygöldə intihar hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, 1999-cu il təvəllüdlü F. Kərimli yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Qeyd edək ki, F. Kərimlinin atası İlham Kərimov polis zabitidir. O, Ucar və Ağstafa Rayon Polis Şöbələrində rəis müavini olub. Hazırda Gədəbəy Rayon Polis Şöbəsində təhqiqatçıdır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info