Niyazi Bayramov xəstəxanada müalicə alan şəhid övladını ziyarət edib -Fotolar

  • By ilhame
  • 05 Oktyabr 2023 19:05

Niyazi Bayramov xəstəxanada müalicə alan şəhid övladını ziyarət edib

Gununsesi.info xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçisi Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Mustafayev Elvin Faxrəddin oğlunun övladı Mustafayeva Elvina Elvin qızını müalicə aldığı xəstəxanada ziyarət edib, onun vəziyyəti ilə maraqlanıb.

Şəhər rəhbəri balaca Elvinaya şəfa diləyib, eyni zamanda şəhid ailəsini narahat edən məsələlərlə maraqlanıb və lazımi tədbirlərin görülməsi üçün aidiyyatı üzrə tapşırıqlar verib.

Qeyd edək ki, Elvin Mustafayev 02 oktyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Elvin Mustafayev ölümündən sonra orden və medallarla təltif olunub.

Gununsesi.info