Münasibətlərin əvvəlki qaydaya düşməsi ABŞ-dan asılıdır - NAQİF HƏMZƏYEV

  • By admin
  • 30 Noyabr 2023 15:21

“Hər kəs gözləyirdi ki, ABŞ hökuməti Fransanın səhvlərini təkrar etməyəcək. Belə də oldu. Erməni lobbisinin təsiri altında Azərbaycana qarşı sərgilənən qərəzli və heç bir ölüçəyə sığmayan hərəkətlərin şahidi olduq.  Təqdirəlayiq haldır ki, Dövlət katibi  Entoni Blinken Prezident İlham Əliyevə telefon zəngi etdi və yaranmış situasiyanı müzairə etdi”. 

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev ABŞ -Azərbaycan gərginliyini və Blinkenin ölkə başçımıza zəngini şərh edərkən deyib.

Naqif Həmzəyev deyir ki, Dövlət Katibinin təşəbbüsü ilə keçirilən müzakirələr gərginliyin azaldılmasına xidmət edəcək: “Azərbaycan Prezidenti münasibətlərin düzəlməsi üçün şərtlərimizi ortaya qoydu. Hesab edirəm ki, ikitərfəli münasibətlərin əvvəlki məcraya qayıtması artıq ABŞ-dan asılıdır. Bu müzakirə bir daha onu göstərdi ki, Azərbaycanla ultimatuv dildə danışmaq mənasızdır”.

ABŞ- Azərbaycan münasibətlərinin vaxtilə müttəfiqlik səviyyəsində olduğunu vurğulayan deputat Azərbaycanın NATO-nun Əfqanıstandakı antiterror əməliyyatlarına və ondan sonrakı proseslərə verdiyi dəstəyi xatırladıb.

 

Elmar

Gununsesi.info