Dövlət Departamenti rəsmisi elan etdi: Hakan Fidandan üzvlük AÇIQLAMASI

İsveçin NATO-ya üzvlüyü hələ təsdiqlənməsə də, dünən keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısında Hakan Fidanın bəzi tarixlər verdiyi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, beynəlxalq ictimaiyyət İsveçin NATO-ya üzvlüyünün Türkiyə və Macarıstan tərəfindən təsdiqlənməsini gözlədiyi bir vaxtda yüksək rütbəli ABŞ rəsmisindən diqqətçəkən açıqlama gəlib.

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edən İsveçin üzvlük prosesi hələ də təsdiqlənməyib. Bir ölkə NATO-ya üzv olmaq üçün bütün üzvlərindən razılıq almalı olsa da, indiyə qədər yalnız Türkiyə və Macarıstan təsdiq etməyib.

Ötən gün NATO üzvü olan həmkarları ilə görüşən xarici işlər naziri Hakan Fidanın İsveçin üzvlüklə bağlı ABŞ rəsmilərinə məlumat verdiyi üzə çıxıb. İngilis xəbər agentliyi “Reuters”ə danışan ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Fidanın İsveçin üzvlüyünü təsdiqləmək üçün çox çalışdığını söyləyib.

Adını açıqlamayan rəsmi, dünən Brüsseldə keçirilən nazirlər toplantısından sonra Fidan İsveçin üzvlüyünün bu ilin sonuna kimi təsdiqlənə biləcəyini açıqlayıb.

Rəsmi bildirib ki, çərşənbə axşamı danışıqlar zamanı Fidan NATO-dakı həmkarlarına problemin həlli üçün “çox gərgin” çalışdığını deyib.

Fidanın təsdiq prosesinin nə vaxt başa çatacağı ilə bağlı bir zaman müddəti verə biləcəyini soruşduqda, rəsmi “Bir neçə həftə deyib”.

Xatırladaq ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ötən ilin mayında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra müraciət edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan o zaman Skandinaviya ölkələrinin Türkiyənin terrorçu kimi gördüyü insanları müdafiə etməsini və müdafiə ticarəti embarqolarını əsas gətirərək hər iki tələbə etiraz etmişdi. Ankara apreldə Finlandiyanın təklifini təsdiqləsə də, İsveçi gözləmədə saxlayıb. Türkiyə İsveçdən terrorla əməkdaşlıqda daha çox çalışmasını tələb edib.

Gununsesi.info