Rusiyada “Lukoyl”un zavodunda yanğın baş verib

Rusiyada “Lukoyl”un zavodunda yanğın baş verib

Rusiya Federasiyasının Komi Respublikasında “Lukoyl”a məxsus neftayırma zavodunda yanğın baş verib. 

Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın 200 kvadrat metr ərazini əhatə edib. Yanğın nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbi araşdırılır.

 

Gununsesi.org

COMMENTS