Gəncədə 70 yaşlı piyadanı maşın vurub öldürdü

Gəncədə 70 yaşlı piyadanı maşın vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un xəbərinə görə, hadisə şəhərin Eminbəyli küçəsində olub. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada – 70 yaşlı Hicran Babayevanı vurub. Sürücü qadını xəstəxanaya çatdırsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org

COMMENTS