Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.
Gununsesi.org-un məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.
MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, təşkilat 118 dairə üzrə 1080 məntəqədə “exit-poll” keçirəcək.
Onun sözlərinə görə, təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib və 1080 müsahidəçi prosesə cəlb olunub.
MSK “Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.
MSK-nın iclasında həmçinin “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu (Fransanın Opinion Way) təşkilatı ilə “exit-poll” keçirəcək təşkilat kimi qeydə alınıb.
Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
COMMENTS