Rəis göndərilən müavinin yerinə təyinat

Rəis göndərilən müavinin yerinə təyinat

Mingəçevir Polis Şöbəsində yeni təyinat olub.

Gununsesi.org-un xəbərinə görə, polkovnik-leytenant Cavid Talıbov Mingəçevir ŞPŞ-yə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

O, bu vəzifədə Azay Ağayevi əvəz edib. A. Ağayev ötən ilin oktyabr ayında Daşkəsən RPŞ-yə rəis təyin edilib.

Gununsesi.org

COMMENTS