İngiltərə Parlament Komitəsi XİN-ə Tehranın müxaliflərə qarşı basqılarını qınama çağırışı etdi

  • By arzu
  • 11 Avqust 2023 11:22

İngiltərə Parlament Komitəsi Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İrana Azadlıq Komitəsi parlament qrupu

İngiltərənin Xarici İşlər Naziri Ceyms Kleverliyə səslənərək Tehranın müxaliflərə qarşı basqılarını qınamağa səsləyib.

Demokratiya tərəfdarı müxalifət və İrana Azadlıq Komitəsi parlament qrupunun açıqlamasında , İran Xalq Mücahidləri Təşkilatının 104 üzvünü ittiham edən rejim məhkəmələrinə səslənib.

Açıqlamada bildirilir ki, molla rejimi strategiyasını daxili basqını artırmaq və müxalifət üzvlərini edam etmək, eləcə də bu iddianamələri “İnterpol”la manipulyasiya etmək və İran müxaliflərini sındırmaqdır.

Sənəddə Tehran rejiminin İran demokratiyası tərəfdarı müxalifətin işini məhdudlaşdırmaq üçün Qərb hökumətlərinə saxta dəlillər təqdim etmək, Xalq Mücahidləri Təşkilatı əlaqəli olduqları üçün 30 min siyasi məhkumun edam edilməsinin 1988-ci il qətliamının ildönümünə rast gəldiyi özəl olaraq vurğulanır

 

 

Tərcümə: Arzu

Gununsesi.info