“Qarabağ”dan növbəti qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ” klubu “Qəbələ”ni qəbul edib.

Gununsesi.info xəbər verir ki, görüş “Azersun Arena”da baş tutub.

HTML tutorial

Qarşılaşmada yeganə qolu Ramil Şeydayev vurub. O, 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Ağdam təmsilçisi qış fasiləsinə lider kimi yollanmağı təmin edib. “Qəbələ” isə aktivindəki 24 xalla 5-ci pillədə qalıb.

Gununsesi.info