Mahnı oxumağa çalışan Bayden gülüş obyektinə çevrildi - VİDEO

Amerikanın “Newsweek” jurnalı ABŞ prezidenti Co Baydenin internetdə lağ obyektinə çevrildiyini yazıb.

Gununsesi.info xəbər verir ki, bu, internetdə onun ad günü münasibətilə təbrik etdiyi hüquq müdafiəçisinin adını unutduğu videonun yayılmasından sonra baş verib.

HTML tutorial

Hadisənin bazar ertəsi Vaşinqtonda Martin Lüter Kinq gününə həsr olunmuş tədbirdə baş verdiyi bildirilir. Bayden III Martin Lüter Kinqin həyat yoldaşı Arndreya Uoters Kinqi ad günü münasibətilə təbrik etmək qərarına gəlib.

Amerika lideri “Happy Birthday” mahnısını oxumağa qərar verib, lakin bu prosesdə o, “çaşıb” və Arndreyanın adını demək əvəzinə nəsə deməyə başlayıb.

Video dərhal viral oldu və iki milyondan çox baxış toplayıb.

Gununsesi.info