
2023-cü ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycana 1 milyard 522 milyon 373 min dollar dəyərində 88 min 738 ədəd avtomobil gətirilib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 21.872 ədəd çoxdur.
Ölkəyə gətirilən maşınların 12749-u hibrid, 2737-si isə elektrik mühərriklidir.
Təxminən 74 min avtomobil benzin və dizellə işləyir.
Deməli, paytaxtda tıxaclar daha da böyüyəcək, hava daha çirkli olacaq…
Elçin
Gununsesi.info