
Məşhur aktyor Nüsret Çetinel 69 yaşında vəfat edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ildir xərçəng xəstəliyindən müalicə alan sənətçi xəstəxanada dünyasını dəyişib.
Aktyor “Bizim evin halleri”, “Öyle bir geçer zaman ki”, “Muhteşem yüzyıl”, “Eyvah babam”, “Son ağa” və s. seriallardakı rolları ilə tanınıb. 1976-cı illərdə isə “Rafadan tayfa”, “Pembe Panterin dönüşü”, “Jetgiller”, “Polis akademisi” kimi layihələrin dublyajını edib.
Gununsesi.info