Əməkdar artistdən Operativ Qərargaha ETİRAZ

Azərbaycanın Əməkdar artisti Sənubər İsgəndərli Nazirlər Kabineti yanında Operativ Qərargaha etirazını bildirib.

Gununsesi.info xəbər verir ki, tanınmış aktrisa bu barədə “Facebook” hesabında yazıb.

“Əgər COVID-19 pasportu ilə hər yerə getmək mümkündürsə, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz? ”, – Əməkdar artist Operativ Qərargaha sual ünvanlayıb.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri Sənubər İsgəndərlinin fikirlərinə dəstək nümayiş etdiriblər.

Gununsesi.info