Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı baş tutacaq.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında qərar verilib.

Hərbi toplanış sentyabrın 15-də başlayacaq və dekabrın 15-nə qədər davam edəcək. Prosesə 869 vətəndaş, o cümlədən, 576 sıravi, 107 gizir və 186 zabit cəlb olunacaq.

Xatırladaq ki, avqustun 25-dən noyabrın 25-nə qədər də Ermənistanda hərbi toplanış baş tutub.

Gununsesi.info