Azərbaycanlı müğənninin konsertinə yüz mindən çox adam toplaşdı : İNANILMAZ İZDİHAM - VİDEO

Rusiyada yaşayan Jony ləqəbli azərbaycanlı müğənni Cahid Hüseynli Tatarıstanda konsert verib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Tatarıstanın Respublika Günü münasibətilə təşkil olunan konsertdə yüz mindən çox tamaşaçı iştirak edib. Pandemiya səbəbiylə açıq havada keçirilən konsertə yüz mindən çox insanın toplanması narazılığa səbəb olub. Tatarıstan mətbuatı koronovirusdan ölənlərin sayının artdığı günlərdə belə bir tədbir keçirilməsini pisləyib.

Gununsesi.info