Tanınmış jurnalistə Ombudsman Aparatında YÜKSƏK VƏZİFƏ verildi  - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına yeni mətbuat katibi təyin edilib.

Bu barədə Gununsesi.info-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Emil Şahzadə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.

O, uzun illər televiziya və radio jurnalistikası sahəsində fəaliyyət göstərib.

Gununsesi.info