
Bakı Dövlət Universiteti dünyanın ən yaxşı universitetləri sırasında yer alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.
O qeyd edib ki, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin reytinq qurumlarından olan “Times Higher Education” 2022-ci il üzrə dünya universitetlərinin reytinq cədvəlini açıqlayıb:
“Tarixdə ilk dəfə Bakı Dövlət Universiteti Dünya universitetlərinin reytinqi (World University Rankings) siyahısında yer alıb. Bu ilki siyahıda dünyanın ən nüfuzlu 1662 universitetinin adı var”.
Gununsesi.info