Ukraynadakı münaqişə tezliklə sona çatacaq -LUKAŞENKO

Belarusiya prezidenti Aleksandr  Ukraynada münaqişəyə son qoymaq üçün şərtlərin olduğunu deyib.

Gununsesi.info xəbər verir ki, Lukaşenko “Rossiya 1” telekanalına müsahibəsində bu barədə danışıb.

HTML tutorial

“Mən peyğəmbər deyiləm, ancaq Ukraynada bu müharibəni bitirəcəyik. Bunun üçün artıq böyük ilkin şərtlər var”

Qeyd edək ki, bundan öncə Vladimir Putin Rusiya Ukrayna arasında sülh danışıqlarından heç vaxt imtina etmədiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, problemlərin həlli Qərbin əlindədir. İyunun əvvəlində İndoneziyanın müdafiə naziri Prabowo Subianto da Sinqapurda bir sıra tədbirləri əhatə edən beynəlxalq forumda Ukrayna üçün sülh planını açıqlamışdır.

Məsələ silahsızlaşdırılmış zonanın yaradılmasından və BMT sülhməramlılarının gətirilməsinə toxunurdu.

Daha sonra Cənubi Afrika başda olmaqla Afrika ölkələri öz sülh planını Moskva və Kiyevin müzakirəsinə təqdim etməyə hazır olduqlarını da bəyan etmişdilər.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info