
“Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək oldu, orta bal Azərbaycan dili fənnindən doqquz bal artıb”.
Gununsesi.info -nun verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.
“Bu artım riyaziyyat fənnində də var, təqribi 5-6 bal. Hesab edirik ki, bu çox yaxşı nəticədir”, – o əlavə edib.
DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.