Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi ona həvalə edildi

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə edilib.

 

 

 

Gununsesi.info xəbər verir ki, bu təyinatadək Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

 

 

 

Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

 

 

 

N.İslamzadə 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

 

 

 

Qeyd edək ki, bu barədə ilk xəbəri “manset.az” saytı yayıb.

 

 

Gununsesi.info