Bakıda yeni tikilən metro stansiyası ilə bağlı AÇIQLAMA

“Yeni stansiyanın tikintisi ilə bağlı işlər öz axarı ilə gedir. Dördüncü səviyyədə işlər davam edir. Tunellərdə də infrastrukturun qurulması ilə bağlı işlər aparılır”.

Bu sözləri Baku.ws-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

HTML tutorial

Qurum rəsmisi əlavə edib ki, şərti adı “B-4” olan stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb:

“Əgər inşaat işləri öz planı ilə getsə və qeyri-adi heç nə baş verməsə, təhvil verilmə prosesində problem olmayacaq”.

Gununsesi.info